"Barselona" 5-ci dəfə Çempionlar Liqasının qalibi oldu! - FOTOLAR

07-06-2015 02:27 / Bu xəbər 2294 dəfə oxundu

Çempionlar Liqasında 2014/2015 mövsümünə yekun vurulub.

Musavat.com xəbər verir ki, həlledici oyunda "Barselona” və "Yuventus” klubları üz-üzə gəlib.

Ölkələrində "qızıl dubl” etmiş bu komandaların oyunu maraqla gözlənilirdi. Gərgin və maraqlı keçən oyun "Barselona”nın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Yuventus" indiyədək Çempionlar Liqasının kubokunu iki dəfə başı üzərinə qaldırıb. "Barcelona" isə bu qalibiyyətlə birgə 5-ci dəfə...
 
Qollar: İvan Rakitiç, 4 (0:1), Morata, 54 (1:1), Suares, 68  (1:2), Neymar, 90+5 (1:3)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Berlin (Almaniya)

Fotolar: Reuters Agentliyi