Baş Gömrük İdarəsinin şöbə müdiri rüşvət ittihamı ilə saxlanılıb

Baş Gömrük İdarəsinin şöbə müdiri rüşvət ittihamı ilə saxlanılıb

25-06-2020 16:42 / Bu xəbər 689 dəfə oxundu

"Dövlət Gömrük Komitəsinin Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin rəisi vəzifəsində çalışan Ceyhun Babayevin qanunsuz hərəkətləri barədə məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb".

Toplum.Tv xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı rəsmi məlumatda bildirilir. 

Məlumatda deyilir ki, baş Prokurorluq və Dövlət Gömrük Komitəsi tərəfindən birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ceyhun Babayev daşıma fəaliyyəti ilə məşğul olan şirkətlərin MMC-lərin səlahiyyətli nümayəndələrindən rüşvət alarkən cinayət başında yaxalanıb: "Ceyhun Babayevin "Gate Est Group” MMC və "İnterlogistics” MMC-nin səlahiyyətli nümayəndəsindən MMC-lərə məxsus malların tranzit gömrük rəsmləşdirilməsinin tezləşdirilməsi müqabilində rüşvət kimi tələb etdiyi hər avtomaşına görə 50 ABŞ (85 manat) dolları olmaqla, ümumilikdə isə 15 avtomaşına görə 750 ABŞ dolları (1275 manat) məbləğində pulu 23 iyun 2020-ci il tarixdə alarkən cinayət başında yaxalanıb".

Məlumatda bildirilir ki, faktla bağlı cinayət işi başlanılıb və Ceyhun Babayeva Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsində nəzərdə tutulmuş ittiham elan olunub.

O, məhkəmə qərarı ilə 4 ay müddətinə həbs edilib. 

Vüsalə Mikayıl