Baş nazir müavinlərinin Moskva görüşü

Baş nazir müavinlərinin Moskva görüşü

31-01-2021 01:51 / Bu xəbər 924 dəfə oxundu

Bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistanın Baş naziri müavinlərinin ilk iclası keçirilib. 

Bu barədə Rusiya hökümətinin rəsmi saytında məlumat verilib

İclas zamanı Qarabağla bağlı 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndinin, habelə 11 yanvar 2021-ci il tarixli bəyanatının 2, 3, 4-cü bəndlərinin icrasından irəli gələn ortaq işlərin əsas istiqamətləri nəzərdən keçirilib. 

Üçtərəfli İşçi qrupunun müzakirələrin nəticəsi olaraq aşağıdakı mütəxəssis alt qruplarının yaradılması qərara alınıb: dəmiryolu, avtomobil və qarışıq daşımaları üzrə, həmçinin təhlükəsizlik, sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitariya və digər nəzarət növləri daxil olmaqla nəqliyyatın təmin edilməsi məsələlərinə dair...

Tərəflərin razılığa əsasən mütəxəssis alt qruplarının formalaşdırılması 2 fevral 2021-ci ilə qədər tamamlanmalı, ilk görüşlər isə 5 fevral 2021-ci il tarixinədək keçirilməlidir. 

Üçtərəfli İşçi qrupunun növbəti iclasının Moskvada keçirilməsi planlanlaşdırılır. 

Görüşün keçirilmə tarixi həmsədrlər tərəfindən razılaşdırılacaq.