Baş nazir Putinlə danışıqlardan sonra: "Sülh üçün ümid görmədim"

Baş nazir Putinlə danışıqlardan sonra:

27-05-2022 14:12 / Bu xəbər 709 dəfə oxundu

İtaliyanın Baş naziri Mario Draqi Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı haqqında "Sülh üçün ümid görmədim” fikrini səsləndirib.

Bu barədə "Svoboda.org" məlumat yayıb.

Draqi jurnalistin sualına cavab verərkən bu qənaətini bölüşüb. 

Onun Putinlə mayın 26-da baş tutan danışığı ilk növbədə Ukraynadan taxıl təchizatının dayandırılması səbəbindən yaranan qlobal ərzaq böhranı təhlükəsi ilə bağlı olub.

Draqinin dediyinə görə, Putin bildirib ki,Ukrayna limanlarına giriş guya buraya gedən su yollarını minalayan Kiyevin üzündən qapadılıb. 

"Askanews" agentliyi bildirir ki, Baş nazirin fikrincə, vəziyyət minaların təmizlənməsi və limanlara hücum edilməyəcəyi barədə Rusiyaya təminat verilməsi ilə həll oluna bilər.

Kremlin məlumatına görə, Putin Draqiyə bildirib ki, Rusiya Qərb tərəfindən siyasi motivli məhdudiyyətlərin aradan qaldırılması müqabilində ərzaq böhranının aradan qaldırılmasına ciddi töhfə verməyə hazırdır.