Baş Prokurorluq: 25 mülki şəxs qətlə yetirilib, 127 nəfər yaralanıb
05-10-2020 17:20 / Bu xəbər 815 dəfə oxundu
Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.
Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 25 mülki şəxsi qətlə yetiririlib, 127 nəfəri isə yaralanıb.
Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 56, yaşayış evlərinin sayı isə 313-dür.