Baş Prokurorluq: 43 dinc sakin həlak olub, 218 nəfər yaralanıb

Baş Prokurorluq: 43 dinc sakin həlak olub, 218 nəfər yaralanıb

15-10-2020 14:10 / Bu xəbər 900 dəfə oxundu

Baş Prokurorluq Ermənistan silahlı qüvvəllərinin Azərbaycanlı əhaliyə vurduğu ziyanı açıqlayıb. 

Açıqlanan yeni məlumata əsasən, 43 dinc sakinin həlak olub, 218 nəfərin isə yaralanıb.
 
Həmçinin 290 mülki obyekt, 79 yaşayış binası, 1592 ev ziyan görüb. 

Azərbaycanın iddiasına görə, sentyabrın 27-də Ermənistan silahlı birləşmələri cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib.
 
Döyüşlər nəticəsində Azərbaycanın Hadrutu, Cəbrayıl şəhərini, rayonun bir neçə kəndini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirilir.
 
Oktyabrın 10-da Moskvada Azərbaycan, Ermənistan və XİN rəhbərləri arasındakı danışıqlardan sonra tərəflər arasında humanitar atəşkəs razılaşması imzalanıb.