Baş Prokurorluq: "61 mülki şəxs həlak olub, 291 nəfər yaralanıb"

Baş Prokurorluq:

20-10-2020 15:14 / Bu xəbər 704 dəfə oxundu

Sentyabrın 27-dən oktyabrın 20-si saat 12:00-dək 61 mülki şəxs həlak olub, 291 nəfər isə xəsarət alıb.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 61 nəfər həlak olub, 291 nəfər isə xəsarət alıb.

"Həmçinin Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 1941 ev, 90 çoxmənzilli yaşayış binası və 382 mülki obyekt yararsız vəziyyətə düşüb”, - açıqlamada bildirilir.