Baş Prokurorluq: “Kəngərli kənd sakini yaralanıb”

Baş Prokurorluq: “Kəngərli kənd sakini yaralanıb”

12-10-2020 11:10 / Bu xəbər 889 dəfə oxundu

Azərbaycan Respublikası Baş Prokurorluğu Tərtərdə yaralanan şəxsin adını açqlayıb.  

Açıqamada bildirilir ki, oktyabrın 12-də Tərtərin Kəngərli kəndinə atılan top mərmilərinin partlaması nəticəsində 50 yaşlı Firudin Bəylərov  yaralanıb. 

Prokurorluq əmkdaşlarının istintaq tədbirləri həyata keçirdiyi deyilir. 

Sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib.

Döyüşlər nəticəsində Azərbaycanın Cəbrayıl şəhərini, rayonun bir neçə kəndini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyini etdiyini bildirilir. 

Oktyabrın 10-da Moskvada Azərbaycan, Ermənistan və XİN rəhbərləri arasındakı danışıqlardan sonra tərəflər arasında humanitar atəşkəs razılaşması imzalanıb.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, oktyabrın 12-i səhər saatarında Goranboy, Ağdam və Tərtər rayonları atəşə tutulub.