Baş Prokurorluqdan erməni əsirlərə aid olduğu iddia edilən videolarla bağlı açıqlama

Baş Prokurorluqdan erməni əsirlərə aid olduğu iddia edilən videolarla bağlı açıqlama

10-10-2022 13:01 / Bu xəbər 880 dəfə oxundu

"Baş Prokurorluğun nümayəndəsi kimi bəyan edirəm ki, Azərbaycan hüquqi dövlətdir və yayılmış hər bir video ilə bağlı dərhal reaksiya bildirilir. Həmin faktlarla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə cinayət işi başlanılıb. Hazırda bu faktlarla əlaqədar 10 cinayət işinin ibtidai istintaqı davam etdirilir”.

"Report" xəbər verir ki, bunu Baş Prokurorluğun istintaq İdarəsinin rəisi Nemət Əvəzov açıqlamasında bildirib.

N.Əvəzov həmçinin qeyd edib ki, əgər videoda əks olunduğu kimi iddia edilən şəxslərin, hərbi qulluqçuların təqsiri sübut olunarsa, cinayət faktının olması öz təsdiqini taparsa, cinayət məsuliyyəti məsələsi həll oluna bilər.

"İstintaqın gedişinə hər hansı bir dövlətin və beynəlxalq təşkilatın bəyanatı təsir göstərə bilməz”, - prokurorluq rəsmisi vurğulayıb.

Onun sözlərinə görə, son 30 ildə Ermənistan tərəfindən Azərbaycana, onun mülki vətəndaşlarına, Silahlı Qüvvələrinə, infrasturkturuna qarşı çoxsaylı cinayətlər törədilib:

"Təəssüflər olsun ki, bu gün ölkəmizə qarşı haqqı, ədaləti fərqi, qərəzli şəkildə təqdim etməyə, şərh etməyə, pozmağa yönələn cəhdlər və bu cəhdləri özündə ehtiva edən ikili standartlar möcvuddur”, - deyə rəsmi qeyd edib.