Baş Prokurorluğun Filarmoniyada əməliyyat keçirdiyi bildirilir
09-07-2024 18:16 / Bu xəbər 661 dəfə oxundu
Özgə əmlakını talama və külli miqdarda rüşvət alma ilə cinayət işi başlanıb
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirildiyi bildirilir.
Mədəniyyət Nazirliyindən Meydan TV-yə verilən məlumata görə, özgə əmlakını talama və külli miqdarda rüşvət alma da daxil bir neçə maddə ilə cinayət işi başlanıb.
Filarmoniyanın əməkdaşı Rəşad Məmmədov haqqında isə iyulun 5-də məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İş üzrə istintaq davam edir.
Filarmoniyanın direktoru xalq artisti Murad Adıgözəlovdur.