Bayden 1915-ci ildə baş verənləri “soyqırımı” adlandırdı

Bayden 1915-ci ildə baş verənləri “soyqırımı” adlandırdı

25-04-2021 01:21 / Bu xəbər 2429 dəfə oxundu

ABŞ prezidenti Cozef Bayden bu gün rəsmi açıqlamasında XX əsrin əvvəllərində Osmanlıda ermənilərin kütləvi qətliamını "soyqırım" adlandırıb.

CNN-in məlumatına görə, Bayden həmin ifadəni "1915-ci il hadisələri”nin ildönümü ilə əlaqədar çıxışında səsləndirib.

ABŞ prezidenin çıxışından sonra Azərbaycan və Türkiyə liderləri arasında telefon danışığı olub.

AzərTac-ın məlumatına görə telefon danışığı əsnasında İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan ABŞ prezidentinin "erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatı qınayıblar.

Bu qərarın yanlış olduğunu qeyd edən Prezident İlham Əliyev onu tarixi səhv adlandırıb.

Öz növbəsində Azərbaycan Xarici İşlər Nazirliyi də məsələ ilə əlaqədar bəyanat verib. 

"ABŞ Prezidenti Co Baydenin erməni anım günü münasibətilə səsləndirdiyi bəyanatında 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması təəssüf doğurur”, - XİN-in açıqlamasında deyilir. 

Bəyanatda həmçinin bu ifadələr yer alıb: "100 il bundan öncə baş verən hadisələr yanlış şəkildə təqdim edilərkən, 30 il bundan öncə Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımına hələ də ədalətli qiymətin verilməməsi qərəzlilik və ikili standart nümunəsidir.

1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Lakin məlum olduğu kimi, baş verən hadisələri ört-basdır etmək istəyən, özünü məzlum ölkə kimi qələmə verməyə çalışan Ermənistan, həmin dövrün hadisələrinin birgə tarixi komissiya tərəfindən araşdırılması barədə Türkiyənin təklifini qəbul etməmişdir. Tarixin saxtalaşdırılması, "tarixin yenidən yazılması” cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir”.