Bayden ABŞ üçün ən əsas terror təhlükəsini açıqladı

Bayden ABŞ üçün ən əsas terror təhlükəsini açıqladı

02-06-2021 14:20 / Bu xəbər 881 dəfə oxundu

ABŞ prezidenti Co Bayden ağ irqin üstünlüyü ideyasının tərəfdarlarını ölkə üçün əsas terror təhlükəsi hesab edir. 

"ABC News" xəbər verir ki, ABŞ lideri bu fikri Talsa şəhərində olarkən səsləndirib. 

"Biz nifrətə qucaq aça bilmərik və açmamalıyıq. Ağ irqin üstünlüyü hərəkatının terrorist fəaliyyəti bu gün vətənimiz üçün ən ölümcül təhlükədir. İŞİD yox, "əl-Qaidə" yox, məhz ağ irqin üstünlüyü hərəkatı”, - deyə Bayden bildirib.

Telekanal xəbər verir ki, Bayden yüz il ərzində Talsadakı Qrinvud tarixi ərazisini ziyarət edən ilk fəaliyyətdə olan prezidentdir. 1921-ci ildə burada ABŞ tarixinin ən böyük irqi toqquşmaları baş verib.

Co Bayden daha əvvəl ağ irqin üstünlüyü ideyasının tərəfdarlarını "ruhi xəstə və təhlükəli adamlar” adlandırmışdı. Onun sözlərinə görə, yeni administrasiya keçmiş hərbçilərin və polislərin bu hərəkatın populyarlığının artmasına təsirini araşdıracaq.