Bayden adminstrasiyasından Şəhla Hümbətova ilə bağlı çağırış

Bayden adminstrasiyasından Şəhla Hümbətova ilə bağlı çağırış

26-03-2021 18:25 / Bu xəbər 2420 dəfə oxundu

ABŞ-ın Dövlət katibi Antoni Blinken vəkil Şəhla Hümbətovanın Vəkillər Kollegiyadan uzaqlaşdırılması ilə bağlı narahatlığını ifadə edib. 

Bu barədə Blinken "tvitter" hesabında yazıb. 

O bildirib ki, 2020-ci ildə "Cəsarətli qadınlar” mükafatını alan Şəhla Hümbətova insan haqları müdafiəsinə görə Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.

Dövlət katibi Şəhla Hümbətovanın yenidən Kollegiyaya bərpa olunmasına görə çağırış edib. 

"Biz Şəhla Hümbətovaya təzyiqlərdən narahatıq, onun yenidən Kollegiyaya bərpa olunmasına çağırış edirik və onu dəstəkləyirik". 

Bu, ABŞ-ın xarici siyasətində Azərbaycanla bağlı ilk addım kimi qiymətləndirilir.