Bayden Belarus müxalifətinin lideriylə görüşdü

Bayden Belarus müxalifətinin lideriylə görüşdü

29-07-2021 14:47 / Bu xəbər 1992 dəfə oxundu

ABŞ prezidenti Co Bayden Ağ Evdə Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya ilə görüşüb.

Görüşün təfərrüatları barədə hələ ki heç bir məlumat verilmir. 

Belarus prezidentliyinə keçmiş namizəd Vaşinqtonda daha əvvəl apardığı danışıqlarda Amerika hakimiyyətini Aleksandr Lukaşenkoya qarşı təzyiqləri artırmağa çağırıb.

S.Tixanovskaya ABŞ-a ötən həftə, Dövlət Departamentinin dəvətiylə gedib.