Bayden: “Demokratiya qalib gəldi”
20-01-2021 21:46 / Bu xəbər 969 dəfə oxundu
ABŞ-ın yeni prezidenti Cozef Bayden inauqurasiya mərasimində çıxışı zamanı demokratiyanın qalib gəldiyini bəyan edib.
Bayden çıxışında deyib: "Bu gün Amerikanın, demokratiyanın günüdür. Bu gün namizədin deyil, hədəflərin zəfərini qeyd edirik. Məqsəd demokratiyadır. Xalqın iradəsi dinlənildi. Yenidən demokratiyanın qiymətli, kövrək olduğunu anladıq və bu saat dostlar, demokratiya qalib gəldi”.///report.az












