Bayden Kapitoli binasını zəbt edənləri terrorçu adlandırdı

Bayden Kapitoli binasını zəbt edənləri terrorçu adlandırdı

08-01-2021 13:17 / Bu xəbər 668 dəfə oxundu

ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden deyib ki, Vaşinqtonda Kapitoli binasına edilən yürüşü hazırkı ölkə lideri Donald Tramp təhrik edib. 

Bu barədə o, yerli vaxtla yanvarın 7-də "Yutub" sosial şəbəkəsindəki video müraciətində danışıb. 

Baydenin sözlərinə görə, Tramp Konqresdə seçkilərin nəticələrinin rəsmiləşdirilməsini pozmaq üçün kütlədən istifadə edib. "Bu prezident Trampın demokratiyaya qarşı amansız hücumlarının nəticəsi idi", - Bayden deyib və əlavə edib ki, prezident qanundan ali ola bilməz.

O, bütövlükdə Vaşinqtondakı hadisələrin gözlənilən olduğunu söyləyib:

"Onları etiraz aksiyası iştirakçıları adlandırmağa cəsarət etməyin. Bu, iğtişaş, etiraz aksiyası deyildi, bu, xaos idi. Bu, üsyançı kütləsi, qiyamçılar, daxili terrorçulardan ibarət bir izdiham idi"

Vaşinqton şəhərinin meri Meriel Bauzer də Kapitoli binasında baş verənləri terror aktı adlandırıb. Merin sözlərinə görə, Donald Tramp iğtişaşların baş verməsi üçün çalışıb və buna görə də o, tərəfdarları kimi məsuliyyətə cəlb olunmalıdır.(toplum.tv)