Bayden Maskı yalan yaymaqda ittiham etdi

Bayden Maskı yalan yaymaqda ittiham etdi

06-11-2022 15:29 / Bu xəbər 852 dəfə oxundu

ABŞ Prezidenti Co Bayden bu yaxınlarda sahibkar İlon Maskla bağlı açıqlama verib.

O bildirib ki, "Twitter" sosial şəbəkəsi bütün dünyaya yalanlar "səpdirir".

Baydenin sözlərini Ağ Evin mətbuat xidmətinə yaxın bir sıra jurnalist öz "Twitter" hesablarında yazıblar: "İlon Mask çıxıb bütün dünyaya yalan səpələyən alət alır. Amerikada artıq redaktorlar qalmayıb”.

Oktyabrın sonunda Mask "Twitter"i almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb. 

O, ciddi senzuraya görə geniş tənqid edilən sosial şəbəkənin redaksiya siyasətini liberallaşdıracağına, məzmun moderatoru şurası yaradacağına, şura fəaliyyətə başlayana qədər redaksiya siyasəti və bloklanmış hesabların bərpası ilə bağlı qlobal qərarlar qəbul etməyəcəyinə söz verib.