Bayden qaçqınların ABŞ-a qəbulu limitini artırdı

Bayden qaçqınların ABŞ-a qəbulu limitini artırdı

04-05-2021 14:24 / Bu xəbər 2736 dəfə oxundu

ABŞ prezidenti Co Bayden 2021-ci il maliyyə ilində qaçqınların qəbul limitini 62,5 min nəfərə qədər artırıb.

Bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən yayılmış bəyanatda bildirilib. Bayden qərarını "beynəlxalq miqyasda qaçqınlarla bağlı görünməmiş fövqəladə vəziyyət”lə izah edib.

"Bu, əvvəlki administrasiyanın tətbiq etdiyi 15 minlik tarixi rekordu aradan qaldırır, həmin rəqəm Amerikanın qaçqınları qarşılayan və dəstək verən ölkə kimi dəyərini əks etdirmirdi", - bəyanatda deyilir.

Co Bayden prezident seçkiləri ərəfəsində seçicilərinə ABŞ-a qaçqınların qəbulu limitini artıracağını vəd vermişdi.

Bununla belə, o, etiraf edib ki, ABŞ sentyabrda bitən maliyyə ilinin sonunadək yeni 65 minlik hədəfi qarşılaya bilməyəcək, səbəb isə COVID-19 pandemiyası və ölkənin təkrar məskunlaşdırmasına qoyulan məhdudiyyətlərdir.

Dövlət katibi Entoni Blinkenin açıqlama verərək bildirib ki, yeni limit çərçivəsində mümkün qədər çox qaçqın qəbul etməkdən ötrü işlər görülür.