Bayden Rusiyaya qarşı yeni sanksiyalar elan etdi

Bayden Rusiyaya qarşı yeni sanksiyalar elan etdi

24-08-2023 23:25 / Bu xəbər 957 dəfə oxundu

ABŞ prezidenti Co Bayden tezliklə Rusiyaya qarşı yeni sanksiyalar elan edəcəyini bildirib. 

Qaynarinfo xəbər verir ki, o, bu barədə Ukraynanın Müstəqillik Günü münasibətilə verdiyi bəyanatda bildirib. 

Bəyanatda gələcək məhdudiyyətlərin təfərrüatları verilmir, lakin onlara səbəb uşaqların Ukraynadan çıxarılmasıdır.

Ağ Evin saytında yerləşdirilən bəyanatda Bayden Ukrayna vətəndaşlarına dəstəyini ifadə edib və ABŞ-ın Ukraynanın müstəqilliyinə sadiqliyini vurğulayıb. 

"Biz həmçinin Rusiya hakimiyyətini Ukraynada törədilən müharibə cinayətlərinə görə məsuliyyətə cəlb etmək üçün dünya ölkələri ilə işləyirik. O cümlədən minlərlə ukraynalı uşağın zorla Rusiyaya aparılması ilə bağlı. Bu gün biz bu məcburi köçkünlərə və deportasiyalara görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etmək və ukraynalı uşaqların ailələrinə qaytarılmasını tələb etmək üçün yeni sanksiyalar elan edirik”, - Bayden bildirib.