Bayden Rusiyaya qarşı yeni sanksiyaları elan etdi

Bayden Rusiyaya qarşı yeni sanksiyaları elan etdi

15-04-2021 16:58 / Bu xəbər 2908 dəfə oxundu

ABŞ prezidenti Cozef Bayden Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsi barədə fərman imzalayıb. 

Bu barədə aprelin 15-də Ağ Evdən məlumat verilib.

Məlumata görə, sanksiyalar çərçivəsində Rusiyaya qarşı aşağıdakı məhdudiyyətlər tətbiq olunacaq:

- Rusiyanın Vaşinqtondakı diplomatik missiyasının 10 əməkdaşı ölkədən çıxarılır.

- ABŞ şirkətlərinə Rusiya Mərkəzi Bankı, Milli Sərvət Fondu və ya Maliyyə Nazirliyi tərəfindən buraxılmış qiymətli kağızları birbaşa almaq qadağan edilir.

- Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə cəhdlərində şübhəli bilinən 16 təşkilatına və 16 fiziki şəxsinə sanksiyalar tətbiq edilir.(toplum.tv)