Bayden Trampın daha bir qərarını ləğv etdi

Bayden Trampın daha bir qərarını ləğv etdi

02-02-2021 17:45 / Bu xəbər 865 dəfə oxundu

ABŞ prezidenti Co Bayden sələfi Donald Trampın daha bir qərarını ləğv edib. 

Ağ Evin fevralın 2-də yaydığı məlumata görə, ABŞ lideri BƏƏ-dən alüminium məhsullarının idxalına tətbiq edilən rüsumları qüvvədə saxlamaq qərarına gəlib. O, öz addımını milli təhlükəsizlik maraqları ilə izah edib. Belə ki, ərəb ölkəsindən edilən idxal daxili istehsalı sıxışdıra bilər.

Tramp BƏƏ-dən idxal edilən alüminiuma tətbiq olunan 10 faizlik rüsumu ləğv etmək barədə qərarı yanvarın 20-də, Baydenin unauqurasiya günündə elan etmişdi.

Bundan əvvəl Bayden ərəb ölkələrinə silah satışı ilə bağlı Trampın imzaladığı sövdələşmənin yerinə yetirilməsini dayandırmışdı.