Bayden Trampın miqrantlarla bağlı qadağalarını ləğv edəcək

Bayden Trampın miqrantlarla bağlı qadağalarını ləğv edəcək

29-12-2020 21:34 / Bu xəbər 631 dəfə oxundu

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden Donald Trampın miqrantlarla bağlı məhdudiyyətlərini aradan qaldıracağına söz verib. 

Bu barədə dekabrın 28-də CNN xəbər verib.

"Tramp administrasiyasının cənub sərhədlərimizdə sistemli şəkildə yaratdığı humanitar fəlakəti aradan qaldırmaq üçün nə etməli olduğumuzu bizə deyiblər. Trampın məhdudiyyətlərinin ləğvi üçün ilk gündən səylə, məsuliyyətlə və məqsədyönlü şəkildə çalışacağıq”, - deyə Bayden bildirib.

Siyasətçi qeyd edib ki, o, ABŞ-da sığınacaq axtaranlara təcili iş imkanları yaratmaq, bununla yanaşı koronavirus pandemiyasının yaratdığı böhrandan yayınmaq niyyətindədir.

2018-ci ilin oktyabrında Mərkəzi Amerikanın kasıb ölkələrindən minlərlə miqrant Meksika üzərindən ABŞ sərhədlərinə tərəf istiqamətlənmiş, axının qarşısını almaq üçün Tramp sərhədə minlərlə hərbiçi göndərmişdi. 

2016-cı ilin prezident seçkilərində Trampın proqramının əsas müddəalarından biri ABŞ-Meksika sərhədində divarın tikilməsi idi. 

Bunu gerçəkləşdirmək üçün o, fövqəladə vəziyyətin tətbiqinə və hərbi xərclərin istiqamətinin dəyişdirilməsinə nail olmuşdu. Bununla belə, Kaliforniya ştat məhkəməsi mayın 25-də ABŞ Müdafiə Nazirliyinə büdcə vəsaitlərindən bu cür istifadə etməyə qadağa qoymuşdu.