Baydenin nüfuzu rekord səviyyədə aşağı düşüb

Baydenin nüfuzu rekord səviyyədə aşağı düşüb

07-10-2021 13:53 / Bu xəbər 923 dəfə oxundu

ABŞ prezidenti Co Baydenin reytinqi yeni antirekord müəyyənləşdirib.
 
Kvinnipeks Universitetinin araşdırmasına görə, Birləşmiş Ştatlar liderinin dövlət başçısı postundakı fəaliyyətini vətəndaşların üçdə bir hissəsindən bir qədər çoxu dəstəkləyir.
 
Universitetin ABŞ-ın həddi-büluğa çatmış əhalisi arasında 1-4 oktyabrda telefonla keçirdiyi sorğu zamanı respondentlərin 53 faizi Baydenin fəaliyyətini mənfi qiymətləndirib, dəstəkləyənlər isə 38 faiz təşkil edib. 

Bir həftə əvvəl bu faizlər bir-birlərinə daha yaxın idi: 42 faiz lehinə, 50 faiz əleyhinə. 

Rəyi soruşulan amerikalıların 55 faizi prezidentin və onun administrasiyasının yetərincə səriştəli olmadığını düşünürlər.
 
Baydenin fəaliyyətini respondentlərin daha neqativ qiymətləndirdikləri sahələr bunlar olub: iqtisadiyyat (39 faiz müsbət, 55 faiz mənfi), xarici siyasət (42 faiz müsbət, 58 faiz mənfi) və miqrasiya siyasəti (25 faiz müsbət, 67 faiz mənfi).
 
Baydenin reytinqi bir neçə həftədir ki, müntəzəm surədə aşağı düşür. 

Avqustun əvvəllərində Əfqanıstan hadisələri fonunda onun reytinqi ilk dəfə olaraq 50 faizdən aşağı düşmüşdü. 

Ağ Evin mətbuat katibi Cen Psaki sentyabrın sonlarında bunu koronavirus pandemiyası ilə əlaqələndirmişdi.(toplum tv)