Baydenlə Putin iyunun 16-da Cenevrədə görüşəcək

Baydenlə Putin iyunun 16-da Cenevrədə görüşəcək

26-05-2021 18:45 / Bu xəbər 887 dəfə oxundu

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinlə iyunun 16-da İsveçrənin Cenevrə şəhərində görüşəcək. 

Bu barədə mayın 26-da Ağ Evin mətbuat katibi Cen Psaki  jurnalistlərə açıqlamasında deyib. 

Ağ Evin bu açıqlamasından sonra dünəndən bəri beynəlxalq mediada yayılan şayiələr təsdiqini tapıb. 

"Rusiya prezidenti ilə görüşü mükafat kimi görmürük. Bu görüşü ABŞ-ın maraqlarının müdafiəsinin həyati bir parçası olaraq görürük”, - deyə Psaki vurğulayıb. 

Onun sözlərinə görə, görüş zamanı iki liderin daha çox strateji sabitlik məsələlərindən danışacaqları ehtimal edilir.