Baykalla həyat yoldaşı çimərlikdə "sürpriz"lə qarşılaşdı - FOTOLAR

Baykalla həyat yoldaşı çimərlikdə

07-08-2015 03:03 / Bu xəbər 1412 dəfə oxundu

CHP sabiq başqanı və Antalyanın millət vəkili Dəniz Baykal həyat yoldaşı Olcay Baykalla çimərlikdə olduğu zaman soyğunçuluğa məruz qalıblar. 

Arqument.Az türk mediasına istinədən xəbər verir ki, kimliyi hələ də təsbiq edilməyən oğrular Baykalın avtomobilini soyaraq ona məxsus mobil telefonu və həyat yoldaşının pul cüzdanını oğurlayıblar.

Millət vəkili həyat yoldaşı ilə səhər saatlarında Muratpaşa əyalətinin Konyaaltı küçəsindəki evindən çıxaraq dənizə gediblər. Amma evə dönərkən "sürpriz"lə qarşılaşıblar. Onlar avtomobilə oturanda soyğunçuluğa məruz qaldıqlarını görüblər. 
 
Baykal bildirib ki, cüzdanda böyük miqdarda pul olmasa da, cib telefonun oğurlanması ona çox pis təsir edib.

Hazırda polis oğruların kimliyi ilə bağlı araşdırmalara başlayıb. 

Arqument.Az