Bayılda sürüşmə: evlər yıxıldı – VİDEO

Bayılda sürüşmə: evlər yıxıldı – VİDEO

10-02-2018 20:02 / Bu xəbər 820 dəfə oxundu

Bu gün saat 14 radələrində Bakının Bayıl qəsəbəsində torpaq sürüşməsi baş verib. 

Nəticədə evlər yıxılıb, ciddi dağıntılar baş verib.

Sosial şəbəkədə evlərdən birinin yıxılma anının video-görüntüləri yayılıb.

Aidiyyatı qurumların nümayəndələri əraziyə gəlib.


Səbail rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə hallar komissiyasının sədri Abid Əliyev bildirib ki, dağıntılar yola tökülüb: "Hadisə nəticəsində xəsarət alan yoxdur. Çünki 15 gün əvvəl bütün evlər boşladılmışdı. Ərazidə yaşayış yoxdur. Bura təhlükəli ərazi kimi müəyyənləşdirilib və  sürüşmə aktivləşən gündən ərazinin sakinləri köçürülüb, qaz, işıq, su  verilməsi dayandırılıb”.


"Bayıl yamacında sürüşmə prosesində aktivlik müşahidə edilir”. 

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

R.Həsənov bildirib ki, hazırda aidiyyatı qurumların, o cümlədən Fövqəladə Hallar Nazirliyinin, Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri ərazidədir: "Ciddi problem olduğunu deyə bilərik. Əraziyə baxış keçirildiksən sonra hadisənin detalları ilə bağlı əlavə məlumat veriləcək”.///bastainfo.com