Bayram Məmmədovun ölümüylə bağlı Azərbaycan konsulluğu qarşısında etiraz aksiyası

Bayram Məmmədovun ölümüylə bağlı Azərbaycan konsulluğu qarşısında etiraz aksiyası

06-05-2021 18:02 / Bu xəbər 2208 dəfə oxundu

Bu gün Türkiyənin İstanbul şəhərindəki Azərbaycan konsulluğunun qarşısında etiraz aksiyası keçirilib.

"Toplum.TV"-nin məlumatına görə, aksiyanı İnqilabçı Anarxist Federasiyası təşkil edib. 

Aksiya iştirakçıları "Bayramın qatili dövlətdir", "Bayrama nə oldu" kimi şüarlar səsləndiriblər. 

Mayın 5-də ictimai fəal, keçmiş siyasi məhbus Bayram Məmmədovun cəsədi İstanbulda dənizdən tapılıb.

İlkin xəbərlərə görə, B.Məmmədov haqqında mayın 2-dən etibarən xəbər almaq mümkün olmayıb. Onun barəsində axtarış elan etmək üçün polisə müraciət edildikdən sonra öldüyü məlum olub.

Dənizdən tapılan nəşin fotosu dostlarına göstərilib və onun Bayram Məmmədov olduğu müəyyən edilib. Sahil polisinin açıqlamasına görə, B. Məmmədov dənizə düşən çəkələyini götürmək üçün dənizə baş vurub, amma üzə bilmədiyindən boğularaq ölüb.