Büdcədən "Şahdağ"a 17 milyon xərclənib

Büdcədən

27-06-2020 23:55 / Bu xəbər 1210 dəfə oxundu

Büdcədən "Şahdağ"a 17 milyon manat xərclənib.

Bunu iqtisadçı ekspert, ADR Hərəkatının sədri Qubad İbadoğlu yazıb.

O bildirib ki, 2019-cu ildə prezidentin ehtiyat fondundan "Şahdağ” Turizm Mərkəzi QSC-yə 5 milyon manat, dövlət büdcəsindən isə yaranmış zərərin ödənilməsinə12 milyon manat ayrılıb: "Beləliklə də, bütövlükdə 2019-cu ilin büdcəsindən "Şahdağ Turizm Mərkəzi" QSC-nin fəaliyyəti ilə bağlı yaranmış xərclərin ödənilməsinə 17 milyon manat xərclənib. Xidmətləri od qiymətinə olan "Şahdağ Turizm Mərkəzi" QSC-ə bu qədər vsəaiti necə və kiminlə yeyib, özü xüsusi araşdırma mövzusudur". 

"Yeri gəlmişkən, onu da əlavə edim ki, ötən ilin büdcəsindən Azərbaycannın turizm potensialını əks etdirən proqramlar və reklam çarxları üçün "CNN”, "Euronews” və Rusiya Federasiyasının aparıcı televiziya kanallarına 3,5 milyon manat xərclənib", - o bildirib.