BDU-nun dosenti koronavirusdan vəfat edib
12-12-2020 22:47 / Bu xəbər 914 dəfə oxundu
Niyal Barxalovanın həyatını xilas etmək mümkün olmayıb
Koronavirus Bakı Dövlət Universitetinin (BDU) Maddə quruluşu kafedrasının dosenti Niyal Barxalovanın da həyatına son qoyub.
Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, 74 yaşlı N.Barxalova Kliniki Tibbi Mərkəzdə (Semaşko) müalicə olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Dosent dekabrın 12-də müalicə aldığı müalicə müəssisəsində həyatını itirib.
N.Barxalova 1964-1969-cu illərdə universitetin Fizika fakültəsində təhsil alıb.
1976-cı ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb.
O, siyasi şərhçi Zərdüşt Əlizadənin həyat yoldaşıdır.












