BDU-nun rektoru: "Dəyişikliklərə müqavimət göstərənlər var"

BDU-nun rektoru:

16-07-2019 16:56 / Bu xəbər 892 dəfə oxundu

"Bakı Dövlət Universitetində gedən dəyişikliklərə müqavimət göstərənlər var"

"Son aylar ərzində Bakı Dövlət Universitetində edilən dəyişikliklər hamı tərəfindən birmənalı qarşılanmır. Hətta buna açıq şəkildə müqavimət göstərənlər də var".

Bu barədə "Report" xəbər verib.

Xəbərdə deyilir ki, universitetin rektoru Elçin Babayev deyib ki, məqsəd BDU-nu tamamilə yeni bir səviyyəyə qaldırmaqdır:

"Mətbuat və informasiya sahəsində işimizi yenidən qurmaq üçün digər təcrübələri öyrənib, ciddi islahatlara hazırlaşırıq".

Rektor qeyd edib ki, universitetlər piar sahəsində rəqabət aparmalıdır: "Amma bu rəqabət sağlam olmalıdır. Təəssüf ki, bəzən bu rəqabət əndazəsindən çıxır, istər-istəməz digər söhbətlərin yaranmasına səbəb olur. Bu isə bütövlükdə deyərdim ki, Təhsil Nazirliyi sistemində apardığımız ümumi işə kölgə salır. Bu mənada universitetləri həmrəyliyə çağırıram. Təbii ki, hər bir universitetin özünəməxsus inkişaf strategiyası var. Amma bu strategiya ölkədə təhsilin, gəncliyin formalaşmasına xidmət etməlidir. Ümumilikdə həmkarlar arasında müəyyən etik məsələləri də gözləmək lazımdır".