BDU səs yazısı yayılan müəllimi işdən çıxarıb

BDU səs yazısı yayılan müəllimi işdən çıxarıb

20-06-2022 14:44 / Bu xəbər 736 dəfə oxundu

Bakı Dövlət Univeristetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sədaqət Əhmədova işdən çıxarılıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq BDU-dan məlumat verilib.

Bildirilib ki, müəllimin əmək müqaviləsinə xitam verilib

Sosial şəbəkələrdə Sədaqət Əhmədovanın tələbələrdən rüşvət tələb etməsi iddia olunan səs yazısı yayılıb.