Bəhruz Səmədov barəsində 4 aylıq həbs qərarı verildi

Bəhruz Səmədov barəsində 4 aylıq həbs qərarı verildi

23-08-2024 18:32 / Bu xəbər 680 dəfə oxundu

Cümə günü Bakının Səbail Rayon Məhkəməsi politoloq Bəhruz Səmədovu 4 ay müddətinə həbs edib. 

Bu barədə "Turan”a vəkil Zibeydə Sadıqova məlumat verib.

Səmədova Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq Səmədovun həbs edilməsini onun xaricdə təhsil alması və qaça bilməsi ehtimalı ilə əsaslandırıb.

Müdafiə tərəfi buna etiraz edərək Səmədovun gizlənmək fikrində olmadığını qeyd edib.

Səmədov günahsız olduğunu, heç vaxt vətənə xəyanət etmədiyini deyib.

Səmədov sülhsevər insan olduğunu, xristianlığı qəbul etdiyini və bu dinin sülhü təbliğ etdiyini bildirib.

O, ancaq sülh istəyirdi (Ermənistanla Azərbaycan arasında). 

O, araşdırmalarında hər iki tərəfin problemlərini əks etdirirdi.

Məhkəmə istintaqın vəsatətini təmin edib. 

Müdafiə tərəfi apelyasiya şikayəti verəcək.

Səmədov həbsi zamanı təzyiqlərə məruz qaldığını bildirib və məhkəmə prokurorluğun bu işi araşdırması barədə qərar verib.