Belarus Qarabağda ərazilərin bərpasında iştirak etmək istəyir

Belarus Qarabağda ərazilərin bərpasında iştirak etmək istəyir

14-04-2021 17:07 / Bu xəbər 1697 dəfə oxundu

Belarus Qarabağ regionunda bərpa işlərində iştirak etməyə hazırdır. 

Bu barədə aprelin 14-də Belarusun Bakıda səfərdə olan memarlıq naziri Ruslan Parxamoviç Azərbaycan Respublikasının Dövlət Şəhərsalma Komitəsinin sədri Anar Quliyevlə görüşündə bildirib.

Dövlət Şəhərsalma Komitəsinin məlumatına görə, Parxamoviçə azad edilmiş ərazilərdə bərpa işləri barədə məlumat verilib.

Belarus naziri Minskin layihə mütəxəssislərinin və ekspertlərinin Qarabağda tikinti-bərpa işlərinə dəstək göstərməyə hazır olduqlarını bildirib.