Belçikanın xarici işlər naziri Bakı və Yerevana gələcək

Belçikanın xarici işlər naziri Bakı və Yerevana gələcək

21-08-2023 19:08 / Bu xəbər 594 dəfə oxundu

Belçikanın xarici işlər naziri Hadija Labib Ermənistana gedəcək.

Məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Bildirilib ki, səfər avqustun 22-də baş tutacaq.

Səfər çərçivəsində Belçika XİN rəhbəri erməni həmkarı Ararat Mirzoyanla görüşəcək. 

O həmçinin İrəvanda digər yüksək səviyyəli görüşlər keçirəcək.

Azərbaycan Xarici İşlər Nazirliyi Hadija Labibin Ermənistandan sonra Azərbaycana səfər edəcəyini bildirib.