Bələdiyyə sədri koronavirusdan öldü
05-12-2020 13:42 / Bu xəbər 670 dəfə oxundu
Binəqədi rayonunun Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov dekabrın 2-də koronavirusdan vəfat edib.
Bu barədə "Report" məlumat yayıb.
Məlumata görə, İ.Xəlilov 62 yaşında dünyasını dəyişib.
Xəlilov İlham Məmməd oğlu 6 yanvar 1958-ci ildə Şəmkir rayonunda anadan olub.
2004-cü ildə keçirilən seçkilərdə Biləcəri bələdiyyəsinə üzv seçilib.
2005-ci ildən 2015-ci ilədək Biləcəri bələdiyyəsinin sədri olub və 4 oktyabr 2018-ci il tarixdə Biləcəri bələdiyyəsinin ümumi iclasının qərarı ilə yenidən bələdiyyə sədri seçilib.












