Bələdiyyə seçkilərinin vaxtı müəyyənləşdi

Bələdiyyə seçkilərinin vaxtı müəyyənləşdi

18-10-2019 16:50 / Bu xəbər 2630 dəfə oxundu

Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. 

APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bildirilib. 

İclasa sədrlik edən MSK sədri Məzahir Pənahov qeyd edib ki, ötən bələdiyyə seçkiləri dekabrın 23-də baş tutub və bu ilin dekabr ayının 23-də bələdiyyə üzvlərinin səlahiyyətləri başa çatır. 

M. Pənahov bu il bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsini məqsədəuyğun hesab etdiyini vurğulayaraq təklifi səsə qoyub. Təklif MSK üzvləri tərəfindən yekdilliklə qəbul edilib.