Benzin bahalaşdı

Benzin bahalaşdı

03-08-2021 14:05 / Bu xəbər 2440 dəfə oxundu

Bu il avqustun 1-dən Azərbaycanda "Aİ-98” markalı benzinin 1 litrinin qiyməti 5 qəpik artırılaraq 1,55 manatdan 1,6 manata çatdırılıb.

Bu barədə yerli KİV-ə açıqlamasında "SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli məlumat verib.

"Aİ-98” markalı benzini idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin artmasına səbəb olub", - deyə o, qeyd edib.

Ötən həftənin şənbə günü Azərbaycanda "Aİ-95” premium markalı benzinin də qiyməti 5 qəpik artırılıb. 

Hazırda yanacaqdoldurma məntəqələrində həmin benzinin 1 litri 1,45 manata satılır. 

Bahalaşmaya səbəb məhsulun istehsalçı ölkədə qiymətinin artmasıdır.