Berlində çeçen mühacir öldürülüb, Rusiya şübhəli hesab olunur

Berlində çeçen mühacir öldürülüb, Rusiya şübhəli hesab olunur

28-08-2019 18:03 / Bu xəbər 1295 dəfə oxundu

Hadisə yerinə gələn polislər şübhəlini həbs ediblər

Berlin parkında güllələnən bir çeçen mühacir rus qoşunlarına qarşı savaşıb və böyük ehtimal rus agenti tərəfindən öldürülüb, - BBC xəbər verir.

Alman polisi cümə günü atışmadan bir müddət sonra 49 yaşlı bir rus kişisini həbs edib və hücumda istifadə edilən tapança və velosipedi tapıb.

Qurban Zelimxan Xanqoşvili olub və o, uzun müddət imiş hədəfdəymiş.

Şahidlərin dediyinə görə, qatil velosipeddə olan 40 yaşlı Xangoşviliyə arxadan yaxınlaşıb və ona başından iki dəfə atəş açıb, sonra isə hadisə yerindən qaçıb.

Hücum 23 avqust günorta saatlarından bir qədər əvvəl Berlinin mərkəzi Moabitdə Klayner Tiyerqarten (Kleiner Tiergarten) parkında baş verib.

Hadisə yerinə gələn polislər şübhəlini həbs ediblər. Onun Şpre çayında batırmaq istədiyi velisopedi və silahı tapıblar.

Silah istifadəsi zamanı səsboğucudan istifadə edilib. Polis dalğıclar silah və velosipedi geri qaytarıblar, Berlin prokurorluğu "Tvitter” hesabında bildirib.

Vadim S olaraq tanımlanan şübhəlinin mənzilində küllü miqdarda nəğd pul tapılıb. O, rəsmi olaraq adam öldürməkdə ittiham edilib.

Vadim S Berlinə bir neçə gün öncə Paris vasitəsiylə Moskvadan gəlib və Moskvaya dönüş bileti olub, -Alman mediası xəbər verir.

Şübhələrin bir qismi xaricdə müxaliflərə edilən hücumlar səbəbindən Rusiyanın da payına düşür. 2006-cı ildə İngiltərədə Rusiya sabiq dövlət təhlükəsizlik işçiləri Alexander Litvinenkonun və 2018-ci ildə Sergey Skripalın zəhərlənməsi belə hadisələrdən olub.

Xanqoşvili 2001-2005-ci illərdə ikinci Çeçen müharibəsində Rusiya qüvvələrinə qarşı vuruşub. O, etnik çeçenlərin Kist icmasından gəlib və Gürcüstanda dağlıq Pankisi Qorj bölgəsində yaşayıb. Xanqoşvili 2015-ci ildə Tbilisidə ona qarşı təşkil edilmiş sui-qəsddən qurtulduqdan sonra Berlinə gedib.

Meydan.tv