“Bermud Elektronics"də saxta zəmanət maxinasiyası

“Bermud Elektronics"də saxta zəmanət maxinasiyası

05-01-2014 15:06 / Bu xəbər 1266 dəfə oxundu

Son günlərdə XEBER1.az redaksiyasına müxtəlif şirkətlərin zəmanət talonu ilə bağlı maraqlı məlumatlar daxil olmaqdadır.

Bu məlumatların bir çoxu “BERMUD ELECTRONİCS” mağazasının xidmətləri haqqındadır. Əsas diqqətimizi çəkən müraciətlərdən biri müştəri Rəsulov Fuad Füzuli oğlunun yazdığı məktub oldu. Məktubda qeyd olunur ki, F.Rəsulov 11.01.2013-cü il tarixdə “BERMUD ELECTRONİCS”dən “REGAL” markalı LED TV alıb. Lakin 1 ildən biraz müddət keçmişdir ki, TV-nin ekranında xətt əmələ gəlməyə başladı. Daha sonra bu xətt böyüyərək Televizor ekranını demək olar ki, 40 faizini tutdu. Məsələnin ciddiliyini görən müştəri televizoru zəmanət talonu ilə birgə dükanın rəsmi servisinə aparıb. 11.01.2016-cı ilədək zəmanəti olan televizorla bağlı məyusluq da elə bu vaxtdan başlayıb. Belə ki, mağazadan qeyd ediblər ki, ekranın aşağı hissəsinə maye tökülüb və ekran yararsız hala düşüb. Məsələ burasındadır ki, müştəri televizoru alan gündən divardan (təxminən 1.4 m hündürlükdən) asaraq onun tam təhlükəsizliyini təmin etdiyini iddia edir (saytımızın əməkdaşı müştərinin evində olub və bu təsdiqlənib).

Başqa bir maraqlı fakt ondan ibarətdir ki, burada nəinki zəmanət yerinə yetirilməyib, hətta əməkdaşların müştəri ilə kobud danışığı da məktubda xüsusi qeyd olunur. Şirkətin xanım əməkdaşının müştəriyə “Get kimə deyirsən de, bu bizə maraqlı deyil. Sizin televizor düzəlməyəcək” deməsi isə özbaşınalıqdan başqa bir şey deyil. Daha sonra isə servis əməkdaşlarından birininin “Bu televizorlardan bizdə xarab olanı çoxdu. Bunları təmir etmək üçün heç bir detal yoxdu. əgər xarab oldusa apar tulla” deməsi istelakçılara qarşı zəmanət maxinasiyası kimi qiymətləndirilməlidir.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.///xeber1.az