Beş dövlətin səfiri XİN-ə çağırıldı - terror xəbərdarlığı

Beş dövlətin səfiri XİN-ə çağırıldı - terror xəbərdarlığı

18-02-2016 18:22 / Bu xəbər 1395 dəfə oxundu

BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü ABŞ, Britaniya, Fransa, Rusiya və Çinin Türkiyədəki səfirləri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, səfirlərə "Demokratik birlik” (PYD) və YPG-nin (kürd xalq özünümüdafiə dəstələri) terror təşkilatları olduqlarını sübut edən faktlar təqdim ediləcək. 

Artıq Türkiyənin Baş naziri Əhməd Davudoğlu faktı təsdiq edib. Ə.Davudoğlu qeyd edib ki, ümumiyyətlə, Türkiyə XİN bütün xarici diplomatik missiyalara PYD və YPG-nin terror təşkilatları olduqlarına dair sübutlar təqdim edəcək.

Qeyd edək ki, Ankarada törədilən terror aktında 28 nəfər həlak olub.

Arqument.Az