Bəxtiyar Hacıyevlə bağlı növbəti qərar

Bəxtiyar Hacıyevlə bağlı növbəti qərar

20-08-2023 01:40 / Bu xəbər 918 dəfə oxundu

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib.

Hacıyev həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün özü məhkəməyə müraciət edib.

Xətai Rayon Məhkəməsi vəsatəti əsassız sayaraq, təqsirləndirilən şəxsin həbsinin davamına qərar verib.

Bəxtiyar Hacıyev ötən ilin dekabr ayında həbs edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq), 289.1(məhkəməyə hörmətsizlik etmə), 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 320.1 (rəsmi sənəd saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.