Beyləqan rayonunda sərhəddə atışma baş verib - 3 nəfər öldürülüb

Beyləqan rayonunda sərhəddə atışma baş verib - 3 nəfər öldürülüb

02-10-2019 13:37 / Bu xəbər 2284 dəfə oxundu

Beyləqanda 3 naməlum şəxsin sərhəd zatavasını pozduğu bildirilir.

Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. 

Məlumata görə, hadisə 2 oktyabr 00:13-də baş verib.

Belə ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarıın "Horadiz” dəstəsinin Beyləqan rayonunun Əmirzeyitli kəndi yaxınlığındakı zastavasının xidməti ərazisində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması müşahidə olunub.

Sərhəd zastavası "Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi tam qapadılıb. 

Sərhəd naryadı "Dayan” əmri verərək sərhəd pozucuları təqib etmiş və havaya xəbərdarlıq atəşi açılıb, lakin sərhəd pozucuları əmrə tabe olmayaraq, sərhəd xidmətinə qarşı odlu silahdan atəş açıb. 

"1 sərhəd pozucusu üzərindəki çantanı ataraq İran istiqamətinə qaçmağa, digər ikisi isə hadisə yerindən qaçmağa cəhd göstərib. Nəticədə sərhədçilər odlu silahdan atəş açmaq məcburiyyətində qalıblar. Hər 3 sərhəd pozucusu aldıqları güllə yaralarından hadisə yerindəcə vəfat edib", - məlumatda deyilir. 

Zərərsizləşdirilmiş sərhəd pozucularına və əraziyə baxış zamanı ümumi çəkisi təxminən 15 kq olan müxtəlif növlü narkotik vasitələr, 1 ədəd lüləsi kəsilmiş tüfəng, patronlar və gilizlər aşkar olunub.

Hazırda DSX-nin Sərhəd Qoşunlarının və Füzuli Hərbi Prokurorluğun əməkdaşları hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirir.///toplum.tv