Beyləqanda pambıq becərən 15 nəfər zəhərlənib

Beyləqanda pambıq becərən 15 nəfər zəhərlənib

23-06-2022 15:21 / Bu xəbər 709 dəfə oxundu

Zəhərlənmənin kimyəvi dərmandan olduğu güman edilir

Beyləqanda pambıq tarlasında çalışanlar arasında kütləvi zəhərlənmənin olduğu bildirilir.

Məlumata görə, hadisə iyunun 22-də baş verib.

Bildirilir ki, pambıq becərməklə məşğul olan 15 rayon sakini zəhərlənmə diaqnozu ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

TƏBİB-dən bildirilib ki, zəhərlənənlərin vəziyyəti qənaətbəxşdir: "Xəstəxanaya gətirilənlər bu gün ərzində ambulator müalicə üçün evə buraxılacaqlar”.

Zəhərlənmənin sahəyə səpilən kimyəvi dərmandan baş verdiyi güman edilir.

"Sahə fərdi sahibkara məxsusdur, sahə dərmanlanıb, amma bir neçə gün gözləməyiblər. Qaydalara görə həmin sahəyə işçi buraxılmamaldır. Qadınlara elə həmin gün sahədə alaq təmizlədiblər”, – məlumatlı mənbə Meydan TV-yə deyib.

Baş Prokurorluqdan bildirilib ki, qeyd olunan faktla bağlı hazırda Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.