Beyləqanda “su aksiyası”

Beyləqanda “su aksiyası”

14-06-2020 17:09 / Bu xəbər 2003 dəfə oxundu

Beyləqanın Baharabad kənd sakinləri susuzluqdan əziyyət çəkirlər. Kənddə içməli su ümumiyyətlə yoxdur.

Sakinlər arqument.az-a deyiblər ki, hər il yay gələndə avqustun sonuna qədər belə problemlə üzləşirlər.

Onlar bildirirlər ki, İcra Hakimiyyətinə, "Azərsu”ya və Meliorasiya və Su Təsərrüfatı ASC-yə müraciət etsələr də, problem həllini tapmır.

"Kəndin 40% əhalisi bu problemlər üzündən buralardan köçüb gedib”, - sakinlər deyiblər.