Beynəlxalq Olimpiya Komitəsi Lukaşenkonun oğlunu "tanımadı"
09-03-2021 14:33 / Bu xəbər 3713 dəfə oxundu
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Aleksandr Lukaşenkonun oğlu Viktor Lukaşenkonu Belarus Milli Olimpiya Komitəsinin yeni başçısı kimi qəbul etməkdən imtina edib.
Bu barədə martın 9-da BOK-un rəsmi internet saytında məlumat verilib.
Bu ilin fevral ayında Belarus Milli Olimpiya Komitəsinin sədri Aleksandr Lukaşenko keçirilən seçkilərdən sonra vəzifədən gedib və onu komitəsinin vitse-prezidenti Viktor Lukaşenko əvəzləyib.
2020-ci ilin dekabrında BOK Belarus Milli Olimpiya Komitəsinin nümayəndələrini, xüsusilə Aleksandr Lukaşenkonu və onun oğlunu Olimpiya oyunları daxil olmaqla BOK-un tədbilərində iştirak etməkdən müvəqqəti olaraq məhrum edib.
BOK qərarını Belarusda baş verən siyasi repressiyalarla, həmçinin Lukaşenkoya qarşı etirazları dəstəkləmiş idmançıların təqib olunması ilə əlaqələndirib.///toplum.tv












