Bəzi respublikaçılar Kamala Harrisə dəstək verəcəklərini deyiblər

Bəzi respublikaçılar Kamala Harrisə dəstək verəcəklərini deyiblər

06-08-2024 13:56 / Bu xəbər 706 dəfə oxundu

Onlar Donald Trampın məğlub olmasını istəyirlər

Yüksək rütbəli Arizona respublikaçıları Donald Trampın prezidentliyə namizədliyindən narazıdırlar.

Onlar seçkidə Kamala Harrisə dəstək vermək qərarına gəliblər. 

Bu barədə avqustun 6-da "Newsweek” nəşri məlumat yayıb.

Arizonanın ən böyük şəhərlərindən olan Mesanın meri Con Cayls və ştatdan olan keçmiş konqresmen Robin Şou Trampa səs vermək istəməyən Arizonanın respublikaçı seçiciləri üçün yeni məsləhət komitəsi yaradacaqlarını deyiblər. 

Onlar seçicilərdən noyabrın 5-də keçiriləcək prezident seçkilərində demokratların namizədi Kamala Harrisə səs vermələrini xahiş edəcəklər.

Siyasətçilər Cənubi Karolinanın keçmiş qubernatoru Nikki Heyliyə səs verən milyonlarla amerikalıya müraciət edərək onları Harrisə səs verməyə inandırmağa çalışacaqlarını qeyd ediblər. 

"Biz Arizona respublikaçıları üçün aşkar olanı etiraf etmək və səssiz hissəni ucadan söyləməyə başlamağın vaxtıdır, yəni partiyamızın namizədi dövlət vəzifəsini tutmaq üçün uyğun deyil və salonda olan yetkin şəxsə səs verməliyik. Bu, Kamala Harrisdir", - deyə Cayls bildirib. 

"Newsweek”in məlumatına görə, demokratlar avqustun 4-də Trampın keçmiş mətbuat katibi Stefani Qrişem və Corciya ştatının keçmiş vitse-qubernatoru Ceff Dunkan da daxil olmaqla, bir neçə hazırkı və keçmiş respublikaçı xadimlərinin dəstəyi ilə "Respublikaçılar Harrisi dəstəkləyir” hərəkatının yaradıldığını elan ediblər.