"Bəzi səfirliklər bağlansın" - Siyavuş Novruzov

21-11-2017 17:43 / Bu xəbər 1392 dəfə oxundu

Yeni Azərbaycan Partiyası (YAP)ehtiyac olmayan ölkələrdə səfirliklərin ixtisara salınmasını təklif edib. 

APA-nın məlumatına görə, YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında 2018-ci il üzrə büdcə müzakirələri zamanı deyib ki, aidiyyəti qurumalar bəzən Azərbaycanın lazım olmayan yerində səfirliklərin fəaliyyətinə şərait yaradırlar, bəzən də lazım olan yerdə səfirlik olmur.

O qeyd edib ki, Şərqi Avropa, Baltikyanı ölkələrin hər birində səfirlik olduğu halda Avstraliyada yoxdur: "Biz buna yenidən baxmalıyıq. Ümumiyyətlə, buna nəzarət etməliyik. Lazım olmayan yerlərdə səfirlikləri ixtisar etməliyik ki, lazım olan yerlərdə normal fəaliyyəti bərpa olunsun”.