Bir gündə 4 məktəb koronavirusa görə bağlandı
10-03-2021 15:33 / Bu xəbər 1515 dəfə oxundu
Paytaxtdakı 274 və 320 nömrəli tam orta məktəblərin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən martın 10-da verilən məlumata görə, səbəb bu məktəblərin kollektivlərində COVID-19 infeksiyasına yoluxma hallarının müəyyən edilməsidir.
Hər iki məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.
Bu gün həmçinin Gəncə şəhərində 12 nömrəli tam orta məktəb və Şəki rayon Baş Zəyzid kəndindəki tam orta məktəb COVID-19 səbəbindən bağlanıb.
Məktəblərdə dərslərin 14 gün müddətində distant formada davam etdiriləcəyi bildirilib.












