Bir qrup ictimai fəal yeni birlik yaradıb
15-03-2020 13:36 / Bu xəbər 1754 dəfə oxundu
Bakı kəndlərinin bir qrup ictimai fəalı 13.03.2020-ci il tarixdə yığıncaq keçirərək,"Bakı Birlik Təşkilatı” İctimai Birliyini təsis ediblər.
Bu barədə Abid Qafarov məlumat yayıb.
O bildirib ki, təsis yığıncağında iştirakçıları yektilliklə səs verərək təsisçi Qafarov Abid Abdin oğlu "Bakı Birlik Təşkilatı” İçtimai Birliyinin sədri seçilib.
"Bakı Birlik Təşkilatı” İçtimai Birliyinin sədri Abid Qafarov çıxış edərək yığınçaq iştirakçıların nəzərinə çatdırıb ki, "Bakı Birlik Təşkilatı" İctimai Birliyinin yaradılmasının əsas məqsədi fəaliyyətinin həyata keçirilməsidir.
Birlik öz Nizamnaməsində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarədən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan ictimai qeyri-hökumət təşkilatıdır və fəaliyyət dairəsi Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir.
Sonda "Bakı Birlik Təşkilatı” İctimai Birliyinin yaxın zamanda növbəti geniş toplantısının keçirilməsi qərara alınıb.












