Birinci vitse-prezidentə köməkçisi təyin olundu

Birinci vitse-prezidentə köməkçisi təyin olundu

24-06-2017 11:24 / Bu xəbər 1252 dəfə oxundu

Elçin Əmirbəyov Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi təyin edilib.
 
APA-nın xəbərinə görə, prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.
 
Elçin Əmirbəyov Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda (Vatikan Dövlətində) və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri idi. 

İyunun 23-də prezidentin sərəncamı ilə o, həmin vəzifələrdən geri çağırılıb.